Fransa-Azərbaycan Universitetinə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb

Fransa-Azərbaycan Universitetinə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb
# 28 iyul 2017 13:24 (UTC +04:00)

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransa-Azərbaycan Universitetinə (UFAZ) keçirilən qəbul imtahanının nəticələri açıqlanıb.

APA-nın xəbərinə görə, UFAZ-a qəbul olunmaq üçün müraciət etmiş 428 abituriyentdən 148 nəfəri UFAZ-ın tələbəsi adını qazanmaq üçün imtahanları müvəffəqiyyətlə verib. Onlardan 120 nəfəri ödənişsiz, 28 nəfəri isə ödənişli əsaslarla UFAZ-da təhsil almaq hüququ qazanıblar.

UFAZ-a qəbul imtahanlarında iştirak etmiş, lakin müvəffəqiyyət qazanmamış abituriyentlər Dövlət İmtahan Mərkəzinin mərkələşdirilmiş qəbul imtahanlarında topladığı bala müvafiq olaraq respublikanın ali məktəblərinə qəbul olmaq üçün sənədlərini təqdim etmək hüququnu özlərində saxlayırlar.

Qəbul imtahanlarında müvəffəqiyyət qazanmış abituriyentlər Fransa-Azərbaycan Universitetində təhsil almaq istədiklərini təsdiqlədikdən sonra UFAZ-ın tələbəsi statusunu qazanacaqlar. Fransa-Azərbaycan Universitetinə qəbul imtahanlarında müvəffəqiyyət əldə etmiş tələbələrdən hər hansı biri əgər burada təhsil almaq istəyini təsdiqləməzsə, sıra ilə növbəti yaxşı nəticəni göstərmiş abituriyent UFAZ-ın tələbəsi olmaq imkanı əldə edir.

Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş qəbul imtahanında I qrup üzrə 500-dən çox bal toplayan 428 nəfər abituriyent UFAZ-a qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. UFAZ-da hər bir ixtisas üzrə 120 dövlət sifarişli və 40 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.


Xatırladaq ki, UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) alacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR