Tehranda qaz kəməri partlayıb, 5 nəfər ölüb

Tehranda qaz kəməri partlayıb, 5 nəfər ölüb
# 22 fevral 2017 08:31 (UTC +04:00)

İranın paytaxtı Tehran şəhərində qaz kəmərindəki partlayış nəticəsində 5 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, ötən gecə paytaxtın cənub-qərbindəki Xəlic Fars bölgəsində güclü partlayış baş verib. Partlayış nəticəsində 3 ev dağılıb və sakinlər dağıntılar altında qalıb.


Partlayış qaz kəmərindəki sızıntıdan qaynaqlanıb. İndiyədək dağıntılar altından 5 nəfərin cəsədi çıxarılıb. Ölənlər 3 qadın, bir qız uşağı və 10 yaşlı oğlan uşağıdır.


Partlayış nəticəsində 7 nəfər yaralanıb və onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR