Bakıda toy mərasimi zamanı bir nəfər ölüb

Bakıda toy mərasimi zamanı bir nəfər ölüb
# 21 sentyabr 2017 08:07 (UTC +04:00)

Bakıda şadlıq evində ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən şadlıq evlərindən birində qeydə alınıb. Orada keçirilən toy mərasiminə qonaq qismində qatılan Cəlilabad rayon sakini, 1951-ci il təvəllüdlü Səmid Məmmədov qəfildən ölüb. Onun ürək tutmasından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR