Azərbaycanın xarici yardımlara ayırdığı vəsaitin xərclənəcəyi istiqamətlər müəyyənləşdiriləcək

Azərbaycanın xarici yardımlara ayırdığı vəsaitin xərclənəcəyi istiqamətlər müəyyənləşdiriləcək
# 10 yanvar 2020 17:04 (UTC +04:00)

Azərbaycan Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsində xarici yardımlar üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsünü müəyyənləşdirəcək.

"APA-Economics"in məlumatına görə, Azərbaycanın Baş Naziri Əli Əsədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyi bir ay müddətində 2020-ci ilin dövlət büdcəsində xarici yardımlar üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Xatırladaq ki, bu ilin dövlət büdcəsində xarici yardımlar üçün 22 mln. manat vəsait nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR