Qəbələdə iki maşını toqquşub, ölən var

Qəbələdə iki maşını toqquşub, ölən var
# 14 fevral 2017 06:59 (UTC +04:00)

Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, rayon sakini, 1990-cı il təvəllüdlü Araz Mikayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil 1940-cı il təvəllüdlü Namət Cabbarovun idarə etdiyi “VAZ-21013” markalı maşınla toqquşub. N. Cabbarov aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR