Nazir: "İran Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumuna qatılmaq istəyir"

Nazir: "İran Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumuna qatılmaq istəyir"
# 25 fevral 2017 10:43 (UTC +04:00)

"Azərbaycan-Gürcüstan-Türkiyə arasında keçirilən biznes forumlarda İran tərəfinin iştirakında maraqlıyıq". "APA-Economics" xəbər verir ki, bunu Azərbaycan-İran əlaqələrinə həsr olunan mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, İrana səfər çərçivəsində qarşı tərəfə Azərbaycan-İran-Türkiyə formatında görüşlərin təşkil olunması təklif olunub. "Bilirsiniz ki, Azərbaycan-Gürcüstan-Türkiyə arasında keçirilən sonuncu, yəni V biznes forum İstanbulda baş tutub. Növbəti biznes forum Azərbaycanda keçiriləcək. Biz bu foruma İranın da qatılmasını istəyirik. Dördtərəfli forumun da keçirilməsi məsələsi gündəmdədir", - deyə Ş. Mustafayev qeyd edib.

Nazir əlavə edib ki, İran bu cür forumların keçirilməsinə xüsusilə diqqət və hörmətlə yanaşır: "Ümid edirəm ki, bu kimi forumların yaxşı nəticələri olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR