Azərbaycan yığması FİFA reytinqində 2019-cu ili 114-cü yerdə bitirib

Azərbaycan yığması FİFA reytinqində 2019-cu ili 114-cü yerdə bitirib
# 19 dekabr 2019 12:53 (UTC +04:00)

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 2019-cu ilin son cədvəlində ciddi dəyişikliklər olmayıb.

Bu da hesabat dövründə yığmaların iştirakı ilə az sayda matç baş tutması ilə əlaqədardır. Azərbaycan milli komandasının da mövqeyi dəyişməz qalıb.

Baş məşqçisiz qalan yığmamız hesabat dövründə heç bir matça çıxmayıb. Komandanın hesabında 1177 xal var. Millimiz ötən ay olduğu kimi 114-cü pillədə qərarlaşıb.

Cədvəlin üst pillələrində də dəyişiklik baş verməyib. Belçika 1765 xalla 1-ci, Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cü pillədəki yerini qoruyub. Qonşu Türkiyə millisi 1494 xalla yenə 29-cudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR