Yevlax sakini həmyerlisini öldürüb

Yevlax sakini həmyerlisini öldürüb
# 22 mart 2018 09:10 (UTC +04:00)

Yevlaxda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 20-də Yevlax rayonunun Yuxarı Salamabad kəndi ərazisindən kənd sakini, əvvəllər məhkum olunmuş Xəyal Yusifov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş Mahir Paşayev saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR