İran ABŞ ilə danışıqlara qayıtmaq şərtini açıqlayıb

İran ABŞ ilə danışıqlara qayıtmaq şərtini açıqlayıb
# 31 iyul 2018 01:23 (UTC +04:00)

İki ölkə arasında dialoqun bərpası üçün ABŞ nüvə razılaşmasına qayıtmalıdır.

APA-nın xəbərinə görə, bunun İran prezidenti Həsən Ruhaninin müşaviri Həmid Abutalebi özünün “Twitter”ində yazıb.

“İranın hüquqlarına hörmət, düşmənçiliyin aradan qaldırılması, nüvə razılaşmasının icrasının bərpası. ABŞ və İran arasında danışıqlara yol açmaq üçün atılacaq addımlar bunlardır”, H.Abutalebi yazıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə ilkin şərt olmadan görüşməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, mayın 8-də D. Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR