Goranboyda bir ailənin iki üzvü dəm qazından zəhərlənib

Goranboyda bir ailənin iki üzvü dəm qazından zəhərlənib
# 08 yanvar 2020 00:11 (UTC +04:00)

Goranboyda bir ailənin iki üzvü dəm qazından zəhərlənib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarına rayonun Xanqərvənd kəndində baş verib.

70 yaşlı kənd sakini Zülfiqar Həşimov və onun xanımı Əntiqə Abdullayeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Z.Həşimov Reanimasiya, Ə.Abdullayeva isə Travmatologiya şöbəsinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR