Çempionlar Liqası: “Qarabağ” – “Şerif” matçı heç-heçə başa çatıb

Çempionlar Liqası: “Qarabağ”  – “Şerif” matçı heç-heçə başa çatıb
# 25 iyul 2017 21:01 (UTC +04:00)

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” bu raundda ilk qarşılaşmasına çıxıb.

Təmsilçimiz öz meydanında Moldovanın “Şerif” klubunu qəbul edib. İlk rəqibi Gürcüstan “Samtredia”sını qol buraxmadan iki dəfə (5:0, 1:0) məğlub edən Qurban Qurbanovun yetirmələri uğurlu seriyanı davam etdirə bilməyib.

Görüşə aktiv başlayan komandamız ilk iki dəqiqədə rəqib qapısına 4 zərbə endirsə də, qola sevinə bilməyib. Getdikcə müdafiədə güclənən rəqib "Qarabağ"ın hücumlarının kəsərini aşağı salıb.

İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə yenidən aktivləşən ağdamlıların cəhdləri fayda verməyib. Görüş qolsuz bərabərliklə yekunlaşıb.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

25 iyul

“Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) - 0:0

Baş hakim: Sergey Sinkeviç

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR