2017-ci ildə aqrar sahəyə 581 mln. manat ayrılıb

2017-ci ildə aqrar sahəyə 581 mln. manat ayrılıb
# 10 yanvar 2018 20:03 (UTC +04:00)

“Kənd təsərrüfatına dövlət dəstəyinin daha da artırılması, pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün və heyvandarlığın kompleks inkişafının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi üçün 2017-ci ilin dövlət və icmal büdcələrindən üst-üstə 581 milyon manat vəsait ayrılıb”.

APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, pambıqçılığa dəstək məqsədilə xüsusi təyinatlı kənd təsərrüfatı texnikalarının alınmasına son iki ildə dövlət büdcəsindən 295 mln. manat vəsait ayrılıb, pambıq istehsalına görə 30 mln. manatadək subsidiya verilib.

Nazir əlavə edib ki, kənd təsərrüfatı dövriyyəsinə əlavə suvarılan torpaq sahələrinin daxil edilməsi, meliorativ sistemin müasir tələblər səviyyəsinə uyğun modernləşdirilməsi və mütərəqqi suvarma üsullarının tətbiqi üçün 2017-ci ilin dövlət və icmal büdcələrindən ayrılan vəsait və xaricdən cəlb edilmiş kreditlər hesabına cəmi 461 mln. manat vəsait yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR