Bakı-2015: Cüdoçularımız günü medalsız başa vurublar - YENİLƏNİB - FOTOSESSİYA

Bakı-2015: Cüdoçularımız günü medalsız başa vurublar - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 27 iyun 2015 12:08 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, Ramin yarışı vaxtından əvvəl dayandırıb. Tot şido xalı ilə 1/4 finala yüksəlib.

Elxan Məmmədov isə 1/8 finalda Lukas Krpaleklə münasibətinə aydınlıq gətirib. Lakin Elxan bu dəfə ümidləri doğrultmayıb. O, ipponla uduzub.

Bayraqdarımız Elmar Qasımov 1/16 finalı azarkeş qismində keçirib və növbəti mərhələdə Jorje Fonseka (Portuqaliya) ilə üz-üzə gəlib. Lakin Azərbaycan millisinin lideri gözlənilmədən məğlubiyyətə üzülüb. O, qarşılaşmanın başa çatmasına 24 saniyə qalmış ippona düşüb.

Millimizin digər üzvü Uşanqi Kokauri (+100 kq) isə 1/8 finalda gürcüstanlı Levan Matiaşvilini sınağa çəkib. Kokauri ippona düşərək, oyunlardakı çıxışını başa vurub.

Qadınlar

78 kq çəki dərəcəsində mübarizə aparan Günel Həsənli isə 1/16 final mərhələsində dünya və Avropa çempionatlarında dəfələrlə iştirak etmiş Assunta Qaleone (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirib. Lakin onun debütü uğurlu alınmayıb. 92-ci dəqiqədə ippona düşən idmançı yarışa vaxtından əvvəl vida edib.

Qeyd edək ki, cüdo yığmamızın aktivində 1 gümüş medal var. 60 kq çəki dərəcəsində Orxan Səfərov yalnız finalda məğlub olub.

*** 13.45

Bakı – APA. Cüdoçularımız Ramin Qurbanov və Elxan Məmmədov 1/8 finala çıxıblar.

Apasport.az saytının məlumatına görə, ilk mərhələdən azad olan Ramin Qurbanov mübarizəyə 1/16 finaldan qoşulub.

R. Qurbanov (90 kq), özü kimi, bu mərhələdən yarışa qatılan portuqaliyalı Çelio Diasla qarşılaşıb. Görüş həmyerlimizin inamlı qələbəsi ilə bitib. R. Qurbanov 70-ci saniyədə ipponla mərhələ adlayıb. O, 1/8 finalda Kriştian Totla (Macarıstan) mübarizə aparacaq.

E. Məmmədov (100 kq) isə 1/16 finalda Zlatko Kumriçlə (Xorvatiya) güləşib. Görüş idmançımızın asan qələbəsi ilə yekunlaşıb. E. Məmmədov 145-ci saniyədə rəqibini ippona salıb. O, 1/8 finalda Lukas Krpaleklə münasibətinə aydınlıq gətirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR