DSX-nın şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOSESSİYA - VİDEO

DSX-nın şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 18 avqust 2015 07:27 (UTC +04:00)

18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb.

APA-nın məlumatına görə, bu gün münasibətilə general-polkovnik Elçin Quliyev başda olmaqla Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Fəxri Xiyabana gələrək Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Daha sonra Xidmətin şəxsi heyəti Şəhidlər Xiyabanına gəlib.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev “Əbədi məşəl” önünə əklil qoyub. Daha sonra şəxsi heyət birinci Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəman Eldar Məmmədovun qəbrini ziyarət edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR