Tillerson: “ABŞ Əfqanıstan hökuməti ilə “Taliban” arasında ilkin şərtsiz danışıqların tərəfdarıdır”

Tillerson: “ABŞ Əfqanıstan hökuməti ilə “Taliban” arasında ilkin şərtsiz danışıqların tərəfdarıdır”
# 22 avqust 2017 05:03 (UTC +04:00)

ABŞ administrasiyası Əfqanıstan hökuməti ilə “Taliban” arasında ilkin şərtsiz danışıqların tərəfdarıdır”.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Reks Tillerson bəyan edib.

“Əfqanıstan hökuməti ilə “Taliban” arasında ilkin şərtsiz danışıqları dəstəkləməyə hazırıq. Taliblər anlamalıdırlar ki, döyüş meydanında qələbə qazana bilməyəcəklər. “Taliban”ın sülhə və qanuni statusa yolu münaqişənin danışıqlar vasitəsilə nizamlanmasından keçir. İstəyirik ki, beynəlxalq ictimaiyyət, xüsusilə Əfqanıstanla qonşu dövlətlər bizim səylərimizi dəstəkləsin və sülhün əldə olunmasında iştirak etsinlər”, deyə R.Tillerson qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR