Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
# 23 sentyabr 2017 09:40 (UTC +04:00)

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oğurluq etdiyi üçün tutulan Mirhüseyn Mirxasovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtatrışı İdarəsi və Xətai RPİ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun aprelin 24-də Elbrus Adilova məxsus “VAZ-21051”, mayın 12-də isə Vaqif Cəfərzadəyə məxsus “VAZ-21074” markalı avtomobilləri qaçırması, E. Adilova məxsus avtomobili hissələrə bölərək satması da müəyyən edilib.

Avqustun 28-də isə Bakı şəhər sakini Şirin Həsənova məxsus “London Taxi” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fərhad Əliyev Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR