Bakıda xeyli miqdarda məktəbli forması və eynək oğurlayan şəxs tutulub

Bakıda xeyli miqdarda məktəbli forması və eynək oğurlayan şəxs tutulub
# 28 mart 2018 09:38 (UTC +04:00)

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə Yeni Suraxanı qəsəbəsi ərazisindəki evlərin birinin həyətindəki saxlanc yerindən fevralın 27-dən martın 9-dək olan müddətdə 90 ədəd məktəbli formasının və 500 ədəd eynəyin oğurlanması barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şəmsi Şıxəliyev olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən 25 ədəd məktəbli forması və bir neçə ədəd eynək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR