"Bank Avrasiya" mənfəətliliyini qoruyur

"Bank Avrasiya" mənfəətliliyini qoruyur
# 19 oktyabr 2016 14:04 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı ilin avqust ayına "Bank Avrasiya"nın aktivlərinin həcmi 137,606 mln. manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, cari ilin sentyabrın 1-ə bankın kredit portfeli 87,807 mln. manat, öhdəliklər isə 79,929 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövründə 31 911 mln. manat təşkil edib.

Bankın nizamnamə kapitalı 50 mln. manat, məcmu kapitalı 57 mln. 677,15 min manat təşkil edib.

"Bank Avrasiya" cari ilin 8 ayını 6 mln. 406,8 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR