Dövlət əhəmiyyətli boruları oğurlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Dövlət əhəmiyyətli boruları oğurlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 02 noyabr 2016 13:28 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA-nın xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

R. Məmmədov ittiham aktı üzrə özünü təqsirli bilməyib. R. Məmmədov deyib ki, bu işdə fəhlə kimi iştirak edib, su borularının kəsilməsini ona Ceyhun Səmədov adlı şəxs tapşırıb: "Onun tapşırığı ilə mən Abşeron rayonunda su borusunu kəsdim, sonra hissə-hissə yük maşınına qoyaraq, apardıq. Boruların kimə satıldığını bilmirəm, mən bu prosesdə iştirak etməmişəm. Mən yalnız pul müqabilində fəhlə kimi çalışmışam".

Sonra zərərçəkmiş şəxs qismində “Meliorasiya və su təsərrüfatı” ASC-nin baş mühəndisi Qürbət Zeynalov ifadə verib. Onun sözlərinə görə, keçən ilin sentyabrında ASC-yə məxsus, heyvandarlıq üçün nəzərdə tutulan 2775 metr boru oğurlanıb: "Biz bu haqda polisə məlumat verdik”.

Proses noyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxs Sumqayıt və Abşeronda dövlət əhəmiyyətli 2775 metrlik su borularını kəsərək satmaqda ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR