Qaxda 63 yaşlı kişi ağacdan yıxılaraq xəsarət alıb

Qaxda 63 yaşlı kişi ağacdan yıxılaraq xəsarət alıb
# 08 oktyabr 2017 21:14 (UTC +04:00)

Qaxda qoz ağacından yıxılan 63 yaşlı kişinin qabırğaları sınıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, oktyabrın 8-i axşam saatlarında rayonun Şotavar kəndində, kənd sakini 1954-cı il təvəllüdlü Qeybu Seyfu oğlu Kərimov yaşadığı evin həyətyanı sahəsində qoz yığan zaman ağacdan yıxılıb.

63 yaşlı Qeybu Kərimov Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. MRX-dan APA-ya verilən məlumata görə, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Qeybu Kərimova döş qəfəsinin sağ payınında qabırğaların sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR