Batumidə yaşayış binasında partlayış baş verib

Batumidə yaşayış binasında partlayış baş verib
# 10 dekabr 2017 22:32 (UTC +04:00)

Gürcüstanın Batumi şəhərində 3 mərtəbəli evdə partlayış baş verib.

APA-nın “Gürcüstan-onlayn” saytına istinadən verdiyi xəbərə görə, nəticədə ikisi azyaşlı uşaq olmaqla 5 nəfər xəsarət alıb.

Partlayışın qaz sızması səbəbindən baş verdiyi ehtimal olunur. Hadisə nəticəsində binaya və yaxınlıqdakı avtomobillərə ziyan dəyib. Xilasedicilər sakinləri təhlükəsiz əraziyə təxliyə edib.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. İnsidentin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR