Sərxoş şəxs Goranboy xəstəxanasına ziyan vurub, tibb işçilərinə xəsarət yetirib

Sərxoş şəxs Goranboy xəstəxanasına ziyan vurub, tibb işçilərinə xəsarət yetirib
# 02 sentyabr 2017 07:15 (UTC +04:00)

Ötən gecə Goranboy Rayon Mərkəzi Xəstəxanasında sərxoş şəxsin iştirakı ilə insident yaşanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı-Qazax magistral yolunda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Anar Zeynalov sərxoş olub-olmaması üçün xəstəxanaya gətirilib. Lakin A. Zeynalov tibb müəssisəsində tibb işçilərinə etiraz edib və onlarla əlbəyaxa olub. İnsident nəticəsində sərxoş şəxs tibb işçilərinə xəsarət yetirib. Bununla kifayətlənməyən A. Zeynalov xəstəxananın pəncərələrini də qırıb.

Hadisə yerinə dərhal polis cağırılıb.

A. Zeynalovun ağır dərəcəli sərxoş olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR