İşə düzəltmək adı ilə vətəndaşların pulunu mənimsəyən şəxs apellyasiya şikayəti verib

İşə düzəltmək adı ilə vətəndaşların pulunu mənimsəyən şəxs apellyasiya şikayəti verib
# 26 avqust 2017 09:18 (UTC +04:00)

Bakıda işə düzəltmə adı ilə dələduzluqda təqsirləndirilən Həsən Rzayev barəsində verilən hökmdən apellyasiya şikayəti verib.

APA-nın xəbərinə görə, şikayətə hakim Rizvan Səfərovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Məhkəmənin ilkin baxış iclası avqustun 30-na təyin edilib.

Qeyd edək ki, H. Rzayev Bakı şəhər sakini Məmməd İbrahimovnın qızını Ədliyyə Nazirliyinə işə düzəldəcəyini vəd edərək, ondan ümumilikdə 50 min manat alıb. Vədinə əməl etməyən H. Rzayev dələduzluq etdiyi şəxsin şikayətləri əsasında həbs edilib.

H. Rzayev daha bir nəfər - Bakı şəhər sakini Elmira Nəsirovaya qarşı isə 14 min 500 manatlıq dələduzluq edib. Belə ki, Həsən Rzayev zərərçəkmiş Elmira Nəsirovadan əvvəlcə 4500 manat, daha sonra isə 10 min manat alıb. Bunun qarşılığında isə E.Nəsirovanın oğlunu Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəldəcəyini vəd edib. Lakin vədinə əməl etməyib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR