Prezident İlham Əliyev: "Cənub Qaz Dəhlizi layihəsi məhz Azərbaycanın liderliyi ilə həyata keçirilir"

Prezident İlham Əliyev: "Cənub Qaz Dəhlizi layihəsi məhz Azərbaycanın liderliyi ilə həyata keçirilir"
# 30 yanvar 2017 11:31 (UTC +04:00)

"Azərbaycan liderlik keyfiyyətini ortaya qoymasaydı, Cənub Qaz Dəhlizi layihəsi reallaşmazdı"

"Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrini həyata keçirmişik".

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib.

Dövlət başçısı bildirib ki, maneələr törətmək istəyənlər olsa da, Azərbaycan strateji məqsədlərinə nail olub: "Hazırda Cənub Qaz Dəhlizi layihəsi həyata keçirilir. Əgər Azərbaycan liderlik keyfiyyətini ortaya qoymasaydı, Cənub Qaz Dəhlizi layihəsi də reallaşmazdı. Mən şəxsən 10-na yaxın beynəlxalq konfransda, tədbirdə iştirak eləmişəm, bax, bu layihə ilə bağlı və bu tədbirlərdə əlbəttə ki, öz sözümü demişdim, təkliflərimi irəli sürmüşdüm və konkret danışmışdım, belə sadəcə olaraq formal yox, konkret nə kimi işlər görülməlidir. Biz qərar qəbul etdik ki, özümüz bunu edəcəyik – öz gücümüzə, dost, qonşu ölkələrlə birlikdə, bax, bunu edəcəyik və bunu edirik. Artıq digər ölkələr də buna qoşulur. Bu gün Cənub Qaz Dəhlizi layihəsi məhz Azərbaycanın liderliyi ilə həyata keçirilir. Keçən il Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yekun sənədində də Azərbaycanın lider rolu qeyd edildi".

Prezident bildirib ki, bu layihə uzunmüddətli məqsədlərə xidmət edir: "Azərbaycan daha önəm daşıyan ölkə olacaq".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan neftdən çox ağıllı və səmərəli istifadə edən ölkədir: "Bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik deyil, bədbəxtlik gətirəcək. Ancaq biz möhkəm dövlət qurmuşuq, 25 ildir ki, müstəqil yaşayırıq. Gələcəkdə daha böyük işlər görüləcək. Bu işlərin mərkəzində xalq dayanır. Xalq dəstək verməsə idi, bu işlər görülməzdi. Bu, bizi ruhlandırır. Həm də biz bu işləri o qədər də asan olmayan şəraitdə etmişik. Bilirsiniz ki, bizə qarşı mütəmadi qarayaxma, təhqir kampaniyaları aparılır. Biz bilirik ki, bunların arxasında kimlər dayanır, məqsədləri nədir. Bizə qarşı çirkin siyasi kampaniyalar təşkil edənlər də siyasi səhnədən kənarlaşdırılıblar. Dünya da görür ki, Azərbaycan xalqı qürurlu xalqdır, imkan verə bilməz ki, kimsə bizə diqtə etsin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR