Qətl törətmiş tibb bacısı ilə tanışının apellyasiya şikayətinə baxılır

Qətl törətmiş tibb bacısı ilə tanışının apellyasiya şikayətinə baxılır
# 24 yanvar 2017 06:41 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.


APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 6-na təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Məmmədov 20 il, L. Mahmudova isə 19 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayətində onlar cəzalarının azaldılmasını istəyiblər.

Xatırladaq ki, Kamran Mahmudov 2015-ci il sentyabrın 26-da qətlə yetirilib. Cinayəti S. Məmmədov və L. Mahmudovanın birgə törətdiyi müəyyənləşib, hər iki şəxs ötən il oktyabrın 3-də tutularaq istintaqa cəlb olunub. Məlum olub ki, S. Məmmədov K. Mahmudovu odlu silahla qətlə yetirib, meyitini L. Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək, özünə məxsus "BMW" markalı avtomobillə İsmayıllı rayonuna aparıb, orada qardaşı Əli Məmmədovun evinin həyətində basdırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


L. Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, K. Mahmudovun isə bizneslə məşğul olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR