Ağsu sakinini elektrik cərəyanı vuraraq öldürüb

Ağsu sakinini elektrik cərəyanı vuraraq öldürüb
# 27 dekabr 2016 08:12 (UTC +04:00)

Ağsu rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 23:00 radələrində rayonun Gəgəli kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Şəmiyev Ümidvar Sadulla oğlu işlədiyi mal-qara fermasındakı televiziya antenasının yerini dəyişərkən ehtiyatsızlıq edib və əlindəki dəmir əşya yaxındakı elektrik xəttinə toxunub, cərəyan onu vuraraq öldürüb.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR