BVF Ukraynaya 1,7 milyard dollar ayırıb

BVF Ukraynaya 1,7 milyard dollar ayırıb
# 25 iyul 2015 23:43 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 1,7 milyard ABŞ dolları məbləğində kreditin ayrılmasına razılıq verib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib.

“Həyata keçirdiyimiz islahatlar nəticəsində, təqdim etdiyimiz islahat proqramına müvafiq olaraq Ukraynaya BVF tərəfindən 1,7 milyard dollar ayrılıb. Bununla bağlı qərar bu həftə verilib”, deyə P.Poroşenko bildirib.

Bu, ilin əvvəlindən Ukraynaya ayrılan sayca ikinci kredit tranşıdır. Martda Beynəlxalq Valyuta Fondu Ukraynaya 5 milyard dollar ayırmışdı. Qeyd edək ki, 4 il müddətinə nəzərə tutulmuş proqram çərçivəsində Ukraynaya 17,5 milyard dollar ayrılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR