Rusiya hərbi təyyarələri ölkə ərazisindən uçaraq Suriyada İŞİD mövqelərini bombalayıb

Rusiya hərbi təyyarələri ölkə ərazisindən uçaraq Suriyada İŞİD mövqelərini bombalayıb
# 23 yanvar 2017 13:21 (UTC +04:00)

Rusiya strateji aviasiyası İŞİD-in Suriyadakı mövqelərini bombalayıb.

Rusiya Müdafiə Nazirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, yanvarın 23-də Rusiyaya məxsus 6 ədəd “Tu-22 M3” təyyarəsi İran və İraq üzərindən uçaraq Suriyanın Deyr-əz-Zor yaşayış məntəqəsində yerləşən İŞİD-in silah-sursat anbarına zərbə endirib. Zərbələr nəticəsində bütün hədəflər məhv edilib.


Nazirlik bombardmançı təyyarələrin Rusiyadakı aerodromdan, onları müşayiət edən qırıcı “Su-30 sm” və “Su-35 s” təyyarələrinin isə Hmeymim aviabazasından havaya qalxdığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR