"Kapital Bank" bu il üçün gəlir və xərc proqnozunu açıqlayıb

"Kapital Bank" bu il üçün gəlir və xərc proqnozunu açıqlayıb
# 27 iyul 2018 15:31 (UTC +04:00)

"Kapital Bank" ASC-nin bu il üçün gəlir və xərc proqnozu açıqlanıb.

"APA-Economics" Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir ki, bank bu il üçün 273,370 mln. manat faiz gəliri, 80,452 mln. manat faiz xərcinin olacağını proqnozlaşdırır.

"Kapital Bank"ın proqnozlarına görə, bu il əməliyyat mənfəəti 148,657 mln. manat təşkil edəcək. Bank bu ili 93,121 mln. manat mənfəətlə başa vurmağı proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR