Gürcüstanda yaşayış minimumu aşağı düşüb

Gürcüstanda yaşayış minimumu aşağı düşüb
# 15 avqust 2017 14:53 (UTC +04:00)

Gürcüstanda cari ilin iyul ayında əmək qabiliyyətli kişi üçün yaşayış minimumu 167,2 lari təşkil edib. Bu da iyun ayına nisbətən 7,1 lari azdır.

APA-nın yerli bürosunun Gürcüstanın Milli Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, orta istehlakçı üçün yaşayış minimumu 148,1 lari, orta ev təsərrüfatı üçün isə 280,4 lari təşkil edib.

Göstəricilərə əsasən iki nəfərlik ailə üçün yaşayış minimumu 236,9 lari, üç nəfərlik ailə üçün 266,5 lari, dörd nəfərlik ailə üçün isə 296,1 laridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR