"Azəravtoyol" "Caspian Energy Forum Baku-2017"-nin partnyoru olub

"Azəravtoyol" "Caspian Energy Forum Baku-2017"-nin partnyoru olub
# 10 aprel 2017 09:09 (UTC +04:00)

"Azəravtoyol" ASC 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq "Caspian Energy Forum-2017"-nin (www.caspianenergyforum.com) partnyoru olub.

"Biz Caspian Energy Forum-2017" kimi əhəmiyyətli tədbirə qoşulduğumuz, həmçinin onun işində forumun partnyoru qismində iştirak etdiyimiz üçün şadıq. "Caspian Energy Forum" Azərbaycan prezidenti İlham Əliyevin qəbul etdiyi yol xəritələri çərçivəsində, həmçinin yol infrastrukturunun inkişafı sahəsində açılmış imkanların müzakirəsi üçün meydana çevriləcək. Bu, investorlara əsas diqqəti forumun üçüncü sessiyasının həsr olunduğu qeyri-neft sektorunun perspektivli inkişaf istiqamətlərinə yönəltməyə imkan verəcək. Özünü yol təsərrüfatının aparıcı müəssisəsi kimi tanıtmış “Azəravtoyol” ASC ölkə ərazisində, o cümlədən Bakıda yolların, avtomobil magistrallarının, körpülərin, estakadaların, piyada keçidlərinin, yol qovşaqlarının etibarlı inşasının təminatçısıdır. Mən əminəm ki, forum zamanı şirkətlər bir çox suallara cavab tapacaq və Azərbaycan ərazisində biznes layihələrini inkişaf etdirmək üçün stimul əldə edəcəklər”, - deyə “Azəravtoyol” ASC-nin İdarə Heyətinin sədri Saleh Məmmədov vurğulayıb.

"Caspian European Club və Caspian American Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, uzun illər ərzində CEİBC-nin üzvü olan “Azəravtoyol” ASC forumun partnyoru qismində ilk dəfə çıxış edəcək. “Dövlət şirkəti olaraq “Azəravtoyol” ASC klubun digər üzv şirkətləri - özəl sektorun nümayəndələri tərəfindən səsləndirilən bütün məsələlərə və təkliflərə müsbət yanaşır, onlarla fəal dialoq qurur. Ümid edirik ki, bu əməkdaşlıq uzun müddətli olacaq və biz gələcəkdə yeni layihələr və biznes-forumlar çərçivəsində əməkdaşlıq edə biləcəyik”, - deyə T. Əliyev qeyd edib.

Azərbaycanın avtomobil yolları təsərrüfatını idarə edən yol təsərrüfatı müəssisələrinin varisi olan “Azəravtoyol” ASC dövlət başçısının 2016-cı il 9 mart tarixli Fərmanı ilə yaradılıb. “Azəravtoyol” ASC Respublika ərazisində, o cümlədən Bakıda ümumi istifadə üçün nəzərdə tutulmuş avtomobil yollarının, küçə və prospektlərin, körpülərin, estakadaların, piyada keçidlərinin, yol qovşaqlarının təmiri, mühafizəsi, bərpası və inşası üzrə layihələrin həyata keçirilməsi ilə məşğul olur. “Azəravtoyol” ASC-nin tərkibində yolların istismarı, yaşıllaşdırılması və mühafizəsi üzrə 114 idarə və müəssisə fəaliyyət göstərir. Cəmiyyətin balansında olan asfalt-beton zavodları, həmçinin 2600-dən artıq avtotexnika, mexanizm və avadanlıq yol infrastrukturunun müxtəlif sahələrində mühüm rol oynayır.

“Fikrimizcə, burada mühüm məqam Caspian Energy Forum – 2017-də Azərbaycan prezidenti, "Caspian European Club" və "Caspian American Club"un sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatları dəstəkləyən və bu prosesdə fəal iştirak edən hökumət nümayəndələrinin, nəhəng şirkət və təşkilat rəhbərlərinin iştirakıdır. Biz Prezident Administrasiyasına, xahişimizi müsbət cavablandıran və iqtisadi islahatların ilkin nəticələrinə həsr olunmuş forumun işinə qatılmağa, həmçinin Azərbaycanda fəaliyyət göstərmək niyyətində olan şirkətləri narahat edən problem, məsələ və təkliflərin müzakirəsində spiker və iştirakçı qismində çıxış etməyə razılıq verən bütün hökumət üzvlərinə və Milli Məclisin deputatlarına, nazirlərə, dövlət komitələrinin, dövlət agentliklərinin və dövlət şirkətlərinin rəhbərlərinə təşəkkür edirik”, - deyə T. Əliyev vurğulayıb.

"Caspian Energy Forum-2017"-yə həmçinin avrokomissarlar, Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, eləcə də nəhəng beynəlxalq şirkətlərin başçıları qatılacaqlar. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 nümayəndə iştirak edəcək.

Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər region dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.

4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin baş sponsoru Azersun Holding, sponsorları “Veysəloğlu” şirkətlər qrupu, Cross Caspian Oil and Gas Logistics LLC, PolyMart, “R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti və ASE EXPRESS & OCS, DSV, partnyorları “Azəravtoyol” ASC, “SOCAR Polymer” MMC, “NABUCCO A&C” MMC, SİNAM, “Nərimanfilm”, “Azpetrol Ltd” MMC, AzMetco ASC-dir.

Forumda iştirak etmək üçün bu link vasitəsilə qeydiyyatdan keçilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR