Bank Of Baku

Şəki sakini odlu silahı polisə təhvil verib

Şəki sakini odlu silahı polisə təhvil verib
# 11 dekabr 2021 11:51 (UTC +04:00)

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, vətəndaşlara edilən müraciət və profilaktiki tədbirlərin nəticəsi olaraq şəhər sakini Müşviq Məsimzadə müraciət edərək müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngini və müxtəlif markalı yivli silahlara məxsus ümumilikdə 67 ədəd patronu könüllü olaraq polisə təqdim edib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR