Bakıda maşın ərlə arvadı vuraraq hadisə yerindən qaçıb-VİDEO

Bakıda maşın ərlə arvadı vuraraq hadisə yerindən qaçıb-VİDEO
# 28 fevral 2019 04:43 (UTC +04:00)

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

ONA-nın verdiyi məlumata görə, hadisə Maştağa qəsəbəsində baş verib.

Xanlar massivində yaşayan 1972-ci il təvəllüdlü Əliyev Vahid Sabir oğlu həyat yoldaşı Afaq Əliyeva ilə yolu keçərkən onların hər ikisini naməlum avtomobil vurub. Zərbənin təsirindən V.Əliyev yol kənarındakı çuxura düşüb. Sürücü isə məsuliyyətdən yayınmaq üçün hadisə yerindən qaçıb. Nisbətən yüngül yaralanan A.Əliyeva Təcili Tibbi Yardıma müraciət edib. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib. V.Əliyevin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıb.

Nurlan Əli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR