Şəmkirdə maşın aşıb, xəsarət alanlar var

Şəmkirdə maşın aşıb, xəsarət alanlar var
# 05 may 2018 19:38 (UTC +04:00)

Şəmkir-Gədəbəy avtomobil yolunda maşın aşıb, xəsarət alanlar var.

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hadisə Şəmkirin Qasımalılar kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 2 nəfər xəsarət alıb. Onlardan birinə hadisə yerində tibbi yardım göstərilib, digər şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR