“Dəniz kuboku-2017” müsabiqəsində hədəflərə atışlar hava şəraiti səbəbindən ehtiyat gününə keçirilib

“Dəniz kuboku-2017” müsabiqəsində hədəflərə atışlar hava şəraiti səbəbindən ehtiyat gününə keçirilib
# 03 avqust 2017 07:24 (UTC +04:00)

Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən gəmilərin dəniz hədəfinə artilleriya atışları ehtiyat gününə keçirilib. Bu barədə qərar müsabiqənin beynəlxalq hakimlər briqadası tərəfindən qəbul edilib.


APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, avqustun 2-si Xəzər dənizində təyin edilmiş rayona gələn hakimlər briqadası və gəmi heyətləri əlverişsiz hidrometeoroloji səbəblərdən müsabiqənin keçirilməsi üçün hazırlanmış reyd avadanlıqlarının zədələndiyini aşkarlayıblar. Bununla əlaqədar döyüş çalışmalarının yerinə yetirilməsi əvəzinə, naviqasiya məşqlərinin keçirilməsi barədə kollegial qərar qəbul olunub.


Azərbaycan Hərbi Dəniz Qüvvələrinin döyüş təminatı gəmiləri dəstəsi qısa müddətdə reyd avadanlıqlarının təsdiq olunmuş döyüş atışları normalarına uyğun hazırlanmasını təmin edəcəklər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR