Azərbaycanda Sümük iliyi transplantasiyası üzrə komissiya yaradılıb

Azərbaycanda Sümük iliyi transplantasiyası üzrə komissiya yaradılıb
# 06 iyul 2017 10:14 (UTC +04:00)

Səhiyyə naziri Oqtay Şirəliyev “Sümük iliyi transplantasiyasının təşkili işinin təkmilləşdirilməsi barədə” əmr imzalayıb.

APA-nın xəbərinə görə, əmrə əsasən Sümük iliyi transplantasiyası üzrə Komissiya yaradılıb, onun tərkibi, eyni zamanda, Komissiya haqqında əsasnamə təsdiq edilib.

Sümük iliyi transplantasiyasının təşkili üzrə komissiyaya tapşırılıb ki, öz fəaliyyətində bu əmrlə təsdiq edilmiş əsasnamənin tələblərini rəhbər tutsun.

Əmrə əsasən sümük iliyi transplantasiyası nəzərdə tutulan xəstələrin növbəliyində obyektivliyi və şəffaflığı təmin etmək üçün elektron baza və proqram təminatı hazırlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR