Bakı-2015: Teymur Məmmədov boks yığmamıza ilk qızıl medalı qazandırıb - VİDEO - FOTOSESSİYA

Bakı-2015: Teymur Məmmədov boks yığmamıza ilk qızıl medalı qazandırıb - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 25 iyun 2015 16:58 (UTC +04:00)

Bakı-APA. ilk 4 döyüşündə rəqib tanımayan Teymur Məmmədov bu gün boks yığmamıza ilk qızıl medalı qazandırıb. Apasport.az saytının məlumatına görə, yarımfinalda rusiyalı Pavel Silyaginə çətin anlar yaşadan Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya ikincisi həlledici görüşdə italiyalı Valentino Manfredoniaya da gücünü göstərib. O, çempionluq döyüşünü də aktivinə yazmaqda ciddi müqavimətlə üzləşməyib. Manfredonianı 3:0 (30:27; 30:27; 30:27) hesabı ilə məğlub edən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, yığmamızın 15-ci “qızıl”ı, ümumilikdə isə ölkəmizin 44-cü mükafatı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR