Fransa xarici işlər naziri partiyasını tərk edir

Fransa xarici işlər naziri partiyasını tərk edir
# 08 mart 2018 11:09 (UTC +04:00)

Fransa xarici işlər naziri Jan-İv Le Drian üzvü olduğu Fransa Sosialist Partiyasından çıxacaq.

APA-nın "C News" telekanalına istinadən verdiyi məlumata görə, Jan-İv Le Drian 44 ildir ki, Sosialist Partiyasının üzvüdür.

Qeyd edək ki, Fransa Sosialist Partiyasının əsası 1969-cu ildə Fransua Mitteran və Alen Savari tərəfindən qoyulub. Bu ilin mart ayında Sosialist Partiyasının birinci katibi postuna seçkilər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR