Şəmkirdə avtomobil piyadanı vurub

Şəmkirdə avtomobil piyadanı vurub
# 30 may 2018 20:29 (UTC +04:00)

Şəmkirdə avtomobil piyadanı vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Vəliyev Rəşad Qəzənfər oğlunu avtomobil vurub. Müxtəlif dərəcəli xəsarətlər alan 17 yaşlı gənc əvvəl Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, sonra isə Gəncə şəhərindəki tibbi ocaqlarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR