Bakıda oğurlanan avtomobil Göyçayda tapılıb

Bakıda oğurlanan avtomobil Göyçayda tapılıb
# 27 yanvar 2020 12:46 (UTC +04:00)

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini N.Teymurlu yanvarın 25-də “Hyundai” markalı avtomobilinin Moskva prospektindən qaçırıldığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay şəhər sakini H.İsmayılov avtomobillə birgə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR