“Bank of Baku” II rübü 1,6 mln. manat mənfəətlə başa vurub

“Bank of Baku” II rübü 1,6 mln. manat mənfəətlə başa vurub
# 20 iyul 2018 09:21 (UTC +04:00)

“Bank of Baku” ASC-nin aktivlərinin həcmi 2018-ci ilin II rübündə 299,459 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 36,94% azdır.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 11,12% azalaraq 186,498 mln. manat olub.

Hesabat dövrünün sonuna bankın depozit portfeli isə 45,44% azalaraq 166,072 mln. manata olub.


Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 52 mln. 870 min manat təşkil edib.

Hesabat dövründə bank 1 mln. 580 min gəlir əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR