Azərbaycanda bir sıra şəhər və rayonların icra başçıları dəyişdirilib - YENİLƏNİB - VİDEO

Azərbaycanda bir sıra şəhər və rayonların icra başçıları dəyişdirilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 02 sentyabr 2015 15:07 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Zakir Fərəc oğlu Fərəcovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, başqa bir sərəncamla Eldar Əziz oğlu Əzizov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılıb.

Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bakının Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Yunis oğlu Əsgərov bu vəzifədən azad olunaraq Nəsimi rayon İcra Hakimiyyətinin, Eldar Əzizov isə Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, Bakının Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov isə bir müddət öncə vəzifəsindən azad olunaraq Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR