DİM: Dövlət qulluğuna qəbul imtahanında 53 namizəddən 10-u müvəffəqiyyət əldə edib

DİM: Dövlət qulluğuna qəbul imtahanında 53 namizəddən 10-u müvəffəqiyyət əldə edib
# 01 iyun 2018 09:09 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 26 mayda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.

DİM-dən APA-ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 45 nəfəri kişi, 8 nəfəri isə qadın olub.

Qeydiyyatdan keçən namizədlərdən 19 nəfər 30-34 yaş intervalında olanlardır. Yuxarı yaş qrupu (35-59 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 17-si kişi, 4-ü isə qadındır. Yuxarı yaş intervalına aid namizədlərin 3-ü imtahanda uğur qazana bilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 53 namizəddən 10 nəfəri (18.9%) müvəffəqiyyət əldə edib (45 kişidən 9 nəfəri, 8 qadından isə 1 nəfəri lazım olan balı toplayıb).

AA vəzifə qrupu üzrə sertifikatı əldə etmək üçün qeydiyyatdan keçən 3 nəfərdən 1 nəfər, AB üzrə 12 nəfərdən 2 nəfər, AC üzrə isə 38 nəfərdən 7 nəfər test imtahanından uğurla keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR