Gəncə sakini bıçaqlanıb

Gəncə sakini bıçaqlanıb
# 28 iyun 2015 13:45 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə şəhərin mərkəzində qeydə alınıb.

Şəhər sakini, 1981-ci il təvəllüdlü Rəşad Bayramov qarının kəsilmiş deşilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirilər. R. Bayramovun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR