Özbəkistan millisinin keçmiş baş məşqçisi ömürlük futboldan uzaqlaşdırılıb

Özbəkistan millisinin keçmiş baş məşqçisi ömürlük futboldan uzaqlaşdırılıb
# 15 yanvar 2018 20:41 (UTC +04:00)

Özbəkistan milli komandasının keçmiş baş məşqçisi Samvel Babayan futboldan ömürlük uzaqlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə Özbəkistan Futbol Federasiyası qərar verib.

Belə ki, erməni əsilli özbək çalışdırıcı “Paxtakor”da işləyərkən oyunçuların müqavilələrində qanunsuz dəyişikliklər edirmiş. Bundan əlavə o, milliyə oyunçuları düzgün seçməməkdə günahlandırılıb.

Qeyd edək ki, milli komandanı Rusiyada keçiriləcək dünya çempionatına çıxara bilmədiyi üçün Babayan ötən ilin sentyabr ayında istefaya göndərilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR