Dələduzluqda təqsirləndirilən zərgərə hökm oxunub

Dələduzluqda təqsirləndirilən zərgərə hökm oxunub
# 05 iyul 2018 10:24 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışına qarşı 95 min manatlıq dələduzluqda təqsirli bilinən Məmmədağa Zülfüqarovun cinayət işi üzrə məhkəmə başa çatıb.

APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Məmmədağa Zülfüqarov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Məmmədağa Zülfüqarov Moskva univermağında qızıl satışı, zərgərliklə məşğul olub.

M. Zülfüqarov tanışı Akif Əlizadədən 95 min manat alaraq verdiyi vədə əməl etməməkdə ittiham olunur.

Zərərçəkənin şikayəti əsasında M. Zülfüqarov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluqla ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR