Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb

Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
# 02 mart 2019 19:33 (UTC +04:00)

Atletika üzrə qapalı məkanda Avropa çempionatında Azərbaycan yığmasının daha bir üzvü qüvvəsini sınayıb. ONA-nın xəbərinə görə, Şotlandiyanın Qlazqo şəhərində keçirilən yarışın ikinci günündə yeganə qadın təmsilçimiz Zəkiyə Həsənova qaçış zolağına çıxıb.
60 m məsafəyə qaçışda mübarizə aparan idmançımız təsnifat mərhələsində 7,45 saniyə nəticə göstərib. Z.Həsənova üçüncü “8-lik”də 6-cı yeri tutub. O, ilkin mərhələnin yekununda 43 atlet arasında 33-cü olub. Bu nəticə təmsilçimizin yarımfinala vəsiqə qazanmasına imkan verməyib.
Qeyd edək ki, digər Azərbaycan atleti Nazim Babayev üçtəkanla tullanma yarışında təsnifat mərhələsində 3-cü yeri tutub və sabah keçiriləcək finala yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR