Texasda daşqınlar 100 minədək evə ziyan vurub

Texasda daşqınlar 100 minədək evə ziyan vurub
# 01 sentyabr 2017 03:56 (UTC +04:00)

ABŞ-ın Texas ştatında tüğyan edən daşqınlar 100 minədək evə ziyan vurub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentini daxili təhlükəsizik üzrə müşaviri Tom Bossert bildirib.

Onun sözlərinə görə, administrasiya təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə əlaqədar əlavə maliyyələşdirilməyə dair sorğunu tezliklə Konqresə təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR