Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yüksək səviyyəli rəsmilərinin Astanada keçirilən 17-ci toplantısı davam edir

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yüksək səviyyəli rəsmilərinin Astanada keçirilən 17-ci toplantısı davam edir
# 09 sentyabr 2015 15:51 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yüksək səviyyəli məmurlarının 17-ci toplantısı çərçivəsində V zirvə toplantısında imzalanacaq Bəyannamə layihəsi üzrə müzakirələr tamamlanıb.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, hazırda davam edən toplantıda Türk Akademiyası və Türk Mədəniyyət və Miras Vəqfinin tamamlayıcı sənədləri üzərində çalışmalar və V zirvəyə hazırlıqlar katibliyin koordinasiyasında davam edir.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov Qazaxıstanın “Khabar TV” və Qazaxıstan Milli Televiziyasına müsahibə verib. O, Şuranın indiyədək həyata keçirdiyi layihələr barədə məlumat verib, Türk Şurası baş katibliyinin bundan sonrakı fəaliyyətindən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR