ABŞ-da quyuların sayının artması nefti ucuzlaşdırır

ABŞ-da quyuların sayının artması nefti ucuzlaşdırır
# 17 aprel 2017 07:14 (UTC +04:00)

Dünya birjalarında neft ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar və ya 0,85% azalaraq 52,73 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,03 dollar və ya 0,79% azalaraq 55,45 dollar olub.

Neftin ucuzlaşmasına səbəb ABŞ-da qazma quyularının sayının 13 həftə durmadan artmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR